Əsas məzmuna keç

01Mühasibat uçotu

← Bütün xidmətlər

Mühasibat, vergi, kadr və idarəetmə uçotunuzu qurur, aparır və hesabatlarınızı vaxtında hazırlayırıq.

Kimlər üçün: Fərdi sahibkarlar, startaplar və KOB-lar

Bu xidmət üzrə müraciət

Mühasibat uçotu

Müəssisənizin mühasibat uçotunu qurur, aparır və hesabatlarını hazırlayıb təqdim edirik.

  • Müəssisənin mühasibat uçotunun qurulması və təşkili
  • İllik hesabatların hazırlanması
  • DSMF, məşğulluq və statistika hesabatlarının hazırlanıb göndərilməsi
  • Aylıq ödəniş sənədlərinin hazırlanması
  • Vergi hesabatlarının hazırlanıb göndərilməsi
  • Vergi orqanlarında müəssisənin təmsil edilməsi
  • Vergi və əmək münasibətlərində yaranan problemlərin operativ həlli

Vergi uçotu

Vergi məsləhətləri üzrə işçi qrupumuz şirkətlərə mütəmadi dəstək göstərir. Xidmət vergi və beynəlxalq vergi qanunvericiliyini, eləcə də vergilərin planlaşdırılmasını əhatə edir. Vergi auditi və digər yoxlamalar zamanı tənzimləyici orqanlarla məsələlərin həllində əvvəlcədən razılaşdırılmış şərtlərlə yardım göstəririk.

Kadr uçotu

Kadr işlərini təhlil edir, işçilərin qeydiyyatını və kadr sənədlərini qaydasına salırıq.

  • Kadr işlərinin təhlili
  • İşçilərin elektron qeydiyyatı
  • İşçilərin kadr sənədlərinin hazırlanması
  • Əmək müqavilələrinin tərtibi və təhlili
  • Əmrlərin, vəzifə təlimatlarının və digər normativ sənədlərin hazırlanması
  • Maddi məsuliyyət, xidmət və digər müqavilələrin hazırlanması

İdarəetmə uçotu

İdarəetmə uçotu sistemini biznesinizə tətbiq edirik: əvvəlcədən müəyyən olunmuş əsas fəaliyyət göstəriciləri (KPI) hazırda harada olduğunuzu və maliyyə baxımından nə etməli olduğunuzu göstərir. Biznes məqsədlərinizə doğru irəliləyişi izləmək üçün büdcə və büdcə proqnozlaşdırma sistemləri hazırlayırıq. İdarəetmə hesabatlarının biznesiniz haqqında nə dediyini sizinlə birlikdə müzakirə edir, qərarların nəticəsini ölçməyə kömək edirik.