Azərbaycanda maliyyə təşkilatları və müştərilər üçün yeni elektron platforma yaradılır. “ASAN Finance” portalının yaradılması istifadəçilərin xərclərini 4,3 dəfə, sərf olunan vaxtı isə 6 dəfə azalacaq.AZƏRTAC xəbər verir ki, bu barədə Elektron Hökumətin İnkişaf Mərkəzinin Strateji inkişaf və kommunikasiya departamentinin rəhbəri Soltan Bayramov Maliyyə və Texnologiyalar Sammitində “Elektron hökumətin “fintex”də rolu” mövzusunda çıxışında deyib.“Hazırda “ASAN Finance” layihəsi üzərində işlər gedir. Bu layihə bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin kağız daşıyıcılardan istifadəsinin minimuma endirilməsini nəzərdə tutur”,- deyə S.Bayramov bildirib.O qeyd edib ki, yaxın günlərdə bu layihə ilə bağlı geniş məlumat veriləcək.Oxu.Az-ın məlumatına görə, hadisə Nizami rayonu, Bəhruz Quliyev küçəsində baş verib.1979-cu il təvəllüdlü Quliyev Gündüz Ağaqulu oğlu evdə mübahisə zəminində bacanağı tərəfindən küt alətlə döyülüb. O baş-beyin travması və burun sümüyünün sınığı diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.